AZ

Lənkəranın icra başçısının qalmaqallı sabiq müavini namizədliyini GERİ GÖTÜRDÜ

Bələdiyyə seçkilərində namizəd olan Lənkəran icra başçısının sabiq müavini Rəsilə Arifqızı namizədliyini geri çəkib. Cenublu.az-a YAP Lənkəran Rayon Təşkilatından verilən məlumata görə, onun namizədliyini geri götürməsinə səbəb səhhətində yaranan problem olub.

 

Qeyd edək ki, R.Arifqızı 2022-ci ildə azyaşlı məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılmışdı və ötən günlərdə namizədliyini irəli sürməsi ilə bağlı xəbər yayılmışdı.

 

Rəsilə Əliyeva uzun illər pedaqoji sahədə fəaliyyət göstərib.

 

O, bir müddət Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun müavini olub.

Tarix: 11 Yanvar 2025, 09:12   
Seçilən
28
pravda.az

1Mənbələr