AZ

Erlinq Hollan ardıcıl 5-ci dəfə Norveçin ən yaxşı futbolçusu seçilib

İngiltərə çempionu "Mançester Siti"nin hücumçusu Erlinq Hollan ölkəsində növbəti dəfə mükafatlandırılıb.

24 yaşlı mərkəz hücumçusu ardıcıl 5-ci dəfə ilin ən yaxşı norveçli futbolçusu seçilib.

"Operativ Media" xəbər verir ki, bu haqda Norveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Ondan əvvəl London “Arsenal”ının yarımmüdafiəçisi Martin Odeqar Norveçdə 2019-cu ilin ən yaxşı oyunçusu seçilib.

2024-cü ildə Erlinq Hollan Norveç millisinin bütün zamanların ən yaxşı bombardiri olub. O, 39 oyunda 38 qol vurub.

Ötən il Erlinq Hollan bütün yarışlarda 54 qol vurub.

Seçilən
42
50
operativmedia.az

10Mənbələr