AZ

Diniyevin komandası məğlubiyyətdən son anda qurtuldu

Türkiyə 1-ci Liqasında 19-cu tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun açılış oyununda azərbaycanlı futbolçu Coşqun Diniyevin çıxış etdiyi "Bandırmaspor" "Pendikspor"un qonağı olub.

Diniyevin komandası məğlubiyyətdən 90+6-cı dəqiqədə qaça bilib - 1:1. Start heyətində yer alan Coşqun oyunu əvəzedilmədən keçirib. 

Beləliklə, Bandırma təmsilçisinin qələbəsiz oyunlar seriyası 4-ə yüksəlib. Komanda son 4 oyunda 3 heç-heçə edib, 1 dəfə uduzub. "Bandırmaspor" hazırda 34 xalla 2-ci pillədə qərarlaşıb və liderdən 4 xal geri qalır.

Seçilən
16
fanat.az

1Mənbələr