AZ

Məşhur rus reperi Yaponiyadan deportasiya etdilər

Məşhur rusiyalı reper Skally Milano (əsl adı Daniil Dmitriev) Yaponiyanı tərk etmək məcburiyyətində qaldığını bəyan edib. O, bu barədə Telegram-da paylaşım edib.

"Yaponiya, hələlik!. Məni deportasiya etdilər. Salam, Moskva",- deyə o, yazıb.

Reper deportasiyasının rəsmi səbəbini açıqlamayıb. Musiqiçinin bu şəkildə zarafat etmək qərarına gəlməsi də mümkündür.

Yanvarın 4-də Dmitriev şəxsi bloqunda Tokionun mərkəzində insanlara yaxınlaşaraq çəkdiyi video yerləşdirmişdi. O belə deyirdi: “Kuril adaları bizimdir, biz də sizə eynisini verəcəyik”.

Tural

Seçilən
16
news365.az

1Mənbələr