
Hazırda dünya üzrə 280 milyondan çox insanda depressiv pozuntular diaqnozu qoyulub, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatları göstərir. Mental Sağlamlıq Mərkəzinin baş həkimi, psixoterapevt Anna Korendyuxina "İzvestiya" qəzetinə verdiyi müsahibədə bildirib ki, sosial şəbəkələr insanın psixoloji sağlamlığına mənfi təsir göstərən amillərdən biridir.Dünya üzrə insanların psixoloji sağlamlıq problemləri pandemiya miqyasına çatıb, Financial Times yazır. Dünya üzrə ümumilikdə təxminən 280 milyon insan depressiyadan əziyyət çəkir ki, bu da əhali sayının 4%-ni təşkil edir. Həyatında ən azı bir dəfə depressiya yaşayan qadınların 18–25%-i, kişilərin isə 7–12%-i olduğu bildirilib.Korendyuxina izah edib ki, insanın psixoloji sağlamlığına mənfi təsir göstərən çoxsaylı amillər var. Onlardan biri də sosial şəbəkələrdir."Bir tərəfdən, sosial şəbəkələr bizə ailə və dostlarla əlaqə saxlamağa imkan verir, amma araşdırmalar göstərir ki, onlar həmçinin psixoloji sağlamlıq üzərində mənfi təsir yaradır", - deyə psixoterapevt bildirib.Sistematik nəzərdən keçirmələr göstərib ki, sosial şəbəkələrdə çox vaxt keçirmək yüksək stress, narahatlıq və depressiya ilə əlaqələndirilir. Sosial şəbəkələrin istifadəsinin azaldılması bəzən əks təsir yarada bilər. Məsələn, sosial şəbəkələrdən üç həftəlik imtina edən kollec tələbələri təklik hissinin azaldığını hiss ediblər.Səidə Mustafa
Diqqət Çəkənlər
Niyə biz xainlərə etibar edirik - Araşdırma
Uzun müddət qəbul edilən B6 vitamini sinir toxumasıni zədələyə bilər
Türkiyənin Hatay vilayətində dörd bal gücündə zəlzələ olub