Bakı. Trend:
Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır,daha bir park salınır.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə məlumatverilib.
“Bir müddət əvvəl sosial şəbəkə hesablarında Yasamal rayonundayerləşən ağaclıq ərazi ilə bağlı yayılan məlumatlara dair bildirməkistərdik ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindənsözügedən 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdəolan ağaca rəy verilib.
Parkın layihəsi və yaşıllıqların mühafizəsinə dair DövlətEkoloji Ekspertiza Agentliyində dövlət qurumlarının əməkdaşlarının,müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı iləictimai dinləmə də keçirilib. Ərazidən götürüləcək 161 quru ağacınyerində Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyi tərəfindəniqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinəbaşlanılacaq. Hazırda isə birliyin əməkdaşları tərəfindən müvafiqqurum tərəfindən verilmiş rəylərə uyğun olaraq qurumuş ağaclarıngötürülməsi prosesi həyata keçirilir”, – deyə məlumatdabildirilib.
Qeyd olunub ki, təsdiq olunmuş layihəyə əsasən sözügedən ərazidəabadlaşdırma işləri aparılacaq və burada velosiped yolları, uşaqoyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq. Heç birtikinti faəliyyətindən söhbət gedə bilməz.