AZ

Ermənilər danışıqlar formatından həmişə sui-istifadə ediblər

"Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Ermənistan və erməni lobbisinə bağlı olan KİV-lərdə xüsusi həyacanla qarşılandı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq 2024-cü ildə ölkəmizin sarsılmaz qətiyyətinin nəticəsində Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal olunmuş dörd kəndinin azad edilməsinə diqqət çəkdi. Bəyan edildiyi kimi, bu, Azərbaycanın bölgədə qəbul etdirdiyi yeni şərtlərdən doğan reallıqdır, ölkəmizin yaratdığı müasir siyasi-hərbi gerçəkliklərdir. Çünki Ermənistan heç vaxt könüllü şəkildə, öz xoşu ilə işğal etdiyi torpaqları geri qaytarmaq niyyətində olmayıb. Onilliklər ərzində bu ölkənin işğalçı siyasəti və mahiyyəti hər hansı dialoqu nəzərdə tutmayıb, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə ediblər. Azərbaycanın dövlət başçısı 2004-cü ildən ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar və saysız görüşlər zamanı bu reallığı daha dəqiq və incəliklərinə qədər izləyə bilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr