AZ

Qarabağa qayıdanlar aqrar sahədə yeni imkanlar QAZANACAQ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi ilə bağlı Qaydalar təsdiq edilib.

 

Qaydalar “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb. Sənəd işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı və yaşadığı inzibati ərazi dairələrinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqların birillik və çoxillik əkinlərin aparılması üçün kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə müvəqqəti icarəyə verilməsi ilə bağlı məsələləri tənzimləyir.

 

Qaydalara əsasən, torpaqlar işğaldan azad edilmiş kəndlərdə və qəsəbələrdə məskunlaşan və həmin yaşayış məntəqələrində yaşayan sakinlərə icarəyə verilir. Yerquruluşu işləri aparılmaqla əkinə hazır vəziyyətə gətirilmiş, yol-nəqliyyat, su, elektrik infrastrukturu qurulmuş və meliorativ tədbirlər görülmüş torpaqlar icarə obyekti ola bilər. Təbii sərhədlərlə əhatə olunmuş 5 hektardan az olan torpaq sahələri istisna olmaqla, icarəyə veriləcək torpaq sahəsi azı  5 hektar olmalıdır.

 

Torpaqların icarəyə verilməsi Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Bu məqsədlə Nazirlik torpaqların icarəyə verilməsi barədə internet səhifəsində elan verir. Elanda torpaqların icarəyə verilməsi üçün müraciətlərin qəbulunun başlanma və bitmə tarixi, icarəyə verilməsi nəzərdə tutulan torpaqların yerləşdiyi ərazi, torpağın məqsədli təyinatı (əkin və ya çoxillik əkmə), dəmyə və ya suvarılan olması, suvarma kanalından, elektrik xətlərindən və yoldan əraziyə qədər olan məsafə və s. göstərilir. Eyni zamanda icarəyə veriləcək torpaqlarda tətbiq edilməsi zəruri olan müasir suvarma sistemlərinin siyahısı əksini tapır.

 

KTN torpaqların yerləşdiyi ərazidə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birlikdə torpaqların icarəyə verilməsi barədə məlumatların sakinlərə çatdırılması üçün zəruri tədbirlər görəcək.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Azər Badamov Modern.az-a müsahibəsində bildirib ki, işğaldan azad olunmuş ərazilərin böyük aqrar potensialı var:

 

“Bu ərazilər yenidən qurulub bərpa olunduqca kənd təsərrüfatı potensialı da dirçəldilir. Belə ki, 2022-ci ildə Zəngilanda Dost Aqropark kompleksinin açılışı oldu. Bu aqroparkda istehsal olunan ət və süd məhsulları ölkəmizin ərzaq təhlükəsizliyinin təminatına töhfə verir. Digər ərazilərdə də yeni təsəsrrüfat sahələri ərsəyə gəlməkdədir. Amma işğaldan azad olunmuş ərazilər Ermənistan tərəfindən 30 ildə geniş minalandığına görə hər bir yerində fəaliyyətlə məşğul olmaq təhlükəlidir. Bu baxımdan minalardan təmizlənən ərazilərdə yeni yaşayış məntəqələri salınır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması prosesi davam etdirilir. Öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin də özlərinin yaşadıqları inzibati əraziləri çərçivəsində yerləşən torpaqlarda kənd təsərrüfatı fəaliyyətini göstərilməsi üçün qanunvericlikdə dəyiklik edilməklə imkanlar yardılmışdır.  Belə ki, müvafiq anunda  torpaqın güzəştli şərtlərlə icarəyə verilməsi ilə bağlı edilən dəyişikliyə görə öz doğma yurdlarına qayıdan insanlara aqrar sahədə fəaliyyət göstərmək imkanları qazandırır”.

 

Millət vəkili qeyd edib ki, hazırkı mərhələdə işğladan azad olunmuş ərazilərdə aqrar maarifləndirmə işlərinin geniş aparılmasıan o qədər də ehtiyac yoxdur:

 

“Amma bütün ərazilərdə təhlükəsizlik təmin olunub Böyük Qayıdışa dair Dövlət Proqramı başa çatandan sonra digər sahələrdə olduğu kimi aqrar sahədə də geniş maarifləndirlmə işlərinin aparılmasına ehtiyac olacaqdır.  Biz aqrar komitəsinin üzvləri olaraq işğladan azad olunmuş ərazilərin bu sahənin potensialı ilə tanış olmaq üçün imkanımız olmamışdır. Amma Milli Mıəclisin yaz sesiyasının tədbirləri planına belə bir məsələnin daxil edilməsini təklif edəcəyik və aqrar komitəsinin üzvlərinin yerindəcə vəziyyətlə tanış olması qanunvericilik bazasının daha da təkmilləşdirlməsi prosesində əhəmiyyəli rol oynayacaqdır”.

Seçilən
19
modern.az

1Mənbələr