Şəmkir sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb. 1news.az-ın "Report"a istinadən məlumatına görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Əliyev saxlanılıb. Onun üzərindən və evindən 7 kiloqram marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.