AZ

Paşinyan sülh sazişinin gerçəkləşməsinə maneə törədəcək fikirlərlə çıxış edib - ÖZƏL

"Mən hesab edirəm ki, Paşinyanın bu cür çıxışları onun nə qədər qeyri-səmimi, sülh sazişinə zərbə vuran bir mövqedə olduğunun əyani göstəricisidir". 
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Paşinyan da başda olmaqla bütün ermənilərin çıxışları və açıqlamaları sülh, sülh sazişi, sabitlik və s. istiqamətdə olsa da, əməldə onlar, bax bu cür reallaşması mümkün olmayan, reallaşması mümkün olarsa, Azərbaycan dövləti və dövlətçiliyinə ciddi təhlükə yarada biləcək ideya və təkliflərlə çıxış ediblər. Bu mənada mən hesab edirəm ki, Paşinyan növbəti dəfə sülh sazişinin gerçəkləşməsinə maneə törədəcək təklif və fikirlərlə çıxış edib. Bu təkliflərin bir çoxusu yeni deyil. Onlar artıq bir müddətdir ki, Ermənistan tərəfindən dövriyyəyə buraxılıb və dövriyyədə saxlanılmağa cəhd göstərilir və biz dəfələrlə bildirmişik ki, bu təkliflərin əksəriyyəti qəbul edilən deyil və bunları gerçəkləşdirmək nəinki mümkün deyil, bu, Azərbaycan üçün ziyanlı nəticələr gətirə bilər. Buna baxmayaraq, erməni tərəfi bu məsələlərdə təkid edir və bu təkid etməyin də ancaq bir məqsədi var, o da sülh prosesini, sülh sazişi imzalanmasını ləngitmək, uzatmaq və sonda əgər alınarsa belə sırf öz maraqlarına hesablanan bir şəkildə gerçəkləşdirmək. Təbii ki, bu, bizi qane etmir və Azərbaycan tərəfi də bu məsələlərlə bağlı fikrini ən yüksək səviyyədə açıqlayıb və biz bu məsələləri qəbul edə bilmərik və etmirik də".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr