AZ

Mark Zukerberq Bayden administrasiyasını ittiham edir

Mark Bayden hökumətinin onlara təzyiq etdiyini etiraf edib.

Turkustan.az xəbər verir ki, Meta-nın qurucu Baş İcraçı Direktoru, Facebook, Instagram və WhatsApp sosial media platformalarının sahibi Mark Zuckerberg, ABŞ Prezidenti Co Bayden administrasiyasının pandemiya dövründə onlara senzura üçün təzyiq etdiyini söyləyib.
Zukerberq qatıldığı podkastda mövzu ilə bağlı açıqlama verib.

Covid-19 dövründə peyvənd kampaniyası ilə bağlı araşdırmalar aparıldığını xatırladan Zukerberq, Bayden administrasiyasının bu dövrdə peyvənd əleyhinə yazılan yazıların silinməsi üçün təzyiqlər edildiyini iddia edib.

"Bayden administrasiyasından olan insanlar komandamıza zəng edir, qışqırır və söyürdülər".

Sözügedən telefon danışıqlarının heç bir qeydinin olmadığını, lakin oxşar məzmunlu e-poçtların olduğunu ifadə edən Zukerberq, "Doğru olan və həqiqəti əks etdirən məzmunu silmək üçün bizə güclü təzyiq göstərirdilər. Qısacası, peyvəndlərin yan təsirləri olduğunu bildirən yazıların silinməsini istəyirdilər"- deyə, vurğulayıb.

Bunu etməyəcəklərini açıq şəkildə ifadə etdiyini deyən Zukerberq, daha sonra Bayden açıqlamalarında Metaya işarə edərək, “Bunlar insanları öldürür” dedi. O, şirkətinin hazırda da bir çox dövlət qurumlarının hədəfində olduğunu qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
19
29
turkustan.az

10Mənbələr