“Norviç”in hücumçusu Borja Sayns Çempionşip çərçivəsində “Sanderlend”lə matçda (1:2) rəqibinə tüpürdüyünə görə 12 min funt sterlinq cərimələnib və 6 oyunluq cəzalanıb.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Dekabrın 21-də keçirilən 22-ci turun oyunu zamanı 23 yaşlı ispaniyalı rəqib müdafiəçi Kris Mifemə tüpürüb.
Sayns Mifemdən, komandadan və azarkeşlərdən üzr istəyib, davranışını qəbuledilməz adlandırıb.