"Barselona"nın futbolçisi Lamin Yamal arzularından danışıb.
QOL.az xəbər verir ki, o, bu barədə klubun saytına açıqlama verib. 17 yaşlı vinger karyerası üçün ən böyük arzusunun Çempionlar Liqasını qazanmaq olduğunu deyib:
“Futbolla bağlı ən böyük arzum nədir? "Barselona" ilə Çempionlar Liqasını qazanmaq istəyirəm".
Qeyd edək ki, Yamal bu mövsüm bütün turnirlərdə 21 matça çıxıb, 6 qol vurub, 12 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.