NATO Ukraynada Rusiya ilə münaqişədə məğlubiyyətə uğrayıb. Bu barədə məhkəməyə qədər müvəqqəti həbsdə olan Ukrayna Ali Radanın deputatı Aleksandr Dubinski özünün Teleqram kanalında məlumat yayılıb.
Parlamentarinin sözlərinə görə, Şimali Atlantika Alyansı c
"Bu, hələ 2023-cü ildə, NATO tərəfindən dəstəklənən Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğa düçar olduğu vaxt baş vermişdi",- Dubinski qeyd edib.
Nəşr yazıb ki, bununla bağlı hərbi blokun qarşısında iki yol qalıb: Rusiya ilə açıq müharibəyə başlamaq və ya Ukraynanı dəstəkləməkdən imtina etmək. Eyni zamanda o qeyd edib ki, ABŞ-nin iştirakı olmadan Moskva ilə birbaşa toqquşma mümkün deyil və Donald Tramp isə çətin ki, buna getsin.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural