AZ

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmişbələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapınabaşlanılıb.

Trend xəbər verir ki, MərkəziSeçki Komissiyasının sədri Məzahir Pənahov Komissiya üzvləri vəKatibliyin təmsilçiləri ilə birlikdə yanvarın 11-də mətbəəyəgələrək çap prosesinin gedişi və yaradılmış şəraitlə yerində tanışolub.

Məlumata görə, media nümayəndələrinin bilavasitə iştirakı iləçap prosesinə baxış zamanı Mərkəzi Seçki Komissiyasının sədridiqqətə çatdırıb ki, vətəndaşların konstitusion hüquqlarınınrealizə olunmasındakı mühüm rolu nəzərə alınaraq, qanunvericilikləmüəyyənləşdirilmiş müddətdə və qaydada seçki bülletenlərinin çapıbaşa çatdırılmalı, bütün proses boyunca Seçki Məcəlləsinintələblərinə dəqiqliklə riayət olunmalıdır.

Sədr həmçinin, seçki bülletenlərinin çapı və aidiyyəti üzrəaşağı seçki komissiyalarına çatdırılması ilə bağlı öz tövsiyələrinidə verib.

Seçki bülletenlərinin çapı prosesi ilə tanışlıqdan sonra MərkəziSeçki Komissiyası sədrinin jurnalistlər üçün brifinqi dəkeçirilib.

Həm çap prosesi, həm də ümumilikdə bələdiyyə seçkilərinəhazırlıqların gedişi barədə danışan Komissiya sədri qeyd edib ki,qanunvericiliyin tələblərinə uyğun olaraq, seçki bülletenlərininmətni, forması, sayı və hazırlanma qaydası Mərkəzi SeçkiKomissiyası tərəfindən müəyyən edilib və bələdiyyə seçkiləri iləəlaqədar 6052721 (altı milyon əlli iki min yeddi yüz iyirmi bir)seçki bülleteninin çap olunmasına qərar verilib.

O bildirib ki, artıq namizədliyin qeydə alınması mərhələsitamamilə yekunlaşmış bələdiyyələr üzrə bülletenlərin çapınabaşlanılıb və seçki bülletenləri çap olunduqdan sonraqanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada MərkəziSeçki Komissiyasından dairə seçki komissiyalarına, ardınca dairəseçki komissiyalarından məntəqə seçki komissiyalarınaveriləcəkdir.

Mərkəzi Seçki Komissiyasının sədri eyni zamanda vurğulayıb ki,bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də seçkibülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsişərti ilə maraqlı subyektlər üçün tam açıq və şəffaf həyatakeçirilir.

Brifinqin sonunda sədr Məzahir Pənahov jurnalistlərin suallarınıda ətraflı cavablandırıb.

Bələdiyyə
Bələdiyyə
Bələdiyyə
Bələdiyyə
Bələdiyyə
Bələdiyyə
Bələdiyyə
Məqalədə:
Seçilən
8
9
az.trend.az

10Mənbələr