AZ

ABŞ Suriya ilə bağlı mövqeyini açıqladı

ABŞ Suriyanın şimalındakı Kobani bölgəsində yeni hərbi baza yaratmır və kürd qüvvələri ilə birgə patrul xidməti həyata keçirməyi planlaşdırmır.

 

Oxu24.com xəbər verir ki,bu barədə Pentaqonun sözçüsü Sabrina Sinq bildirib.

 

O, həmçinin Amerika və Fransa qoşunlarının Suriyanın şimalına yerləşdirilə biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib:

“Əgər bunu nəzərdə tutursunuzsa, mən ABŞ, Fransa və QSD qüvvələrinin birgə patrul aparmasından xəbərsizəm. "Mən belə bir şey bilmirəm", deyə o bildirib.

Sinq həmçinin əmin edib ki, ABŞ Suriyadakı qüvvələrinin sayını dəyişməyi planlaşdırmır.

Bundan əvvəl “Al Hadath” telekanalı SDQ-dəki mənbələrə istinadən xəbər vermişdi ki, Fəratın şərq sahilində Ayn əl-Ərəb (Kobani) şəhəri ərazisində ABŞ-ın yeni bazası yaradılır.

 

Miri

 

Seçilən
24
1
oxu24.com

2Mənbələr