AZ

İnsan üzünü 20-30 dəqiqəyə cavanlaşdırıb bərpa edən prosedur: Bilənlər kosmetoloqa qaçır...

Son dövrlər dəriyə qulluq və estetik sahəsində geniş yayılmış 5 və 7 nöqtə prosedurları, əsasən üz konturlarını formalaşdırmaq, cavanlaşma effekti yaratmaq və dərinin elastikliyini artırmaq üçün istifadə edilən qeyri-cərrahi metodlardır. Bu prosedurlar əsasən inyeksiya üsulları ilə həyata keçirilir.

Yenisabah.az bu prosedurları ayrı-ayrılıqda araşdırıb.

5 nöqtə proseduru: Bu metod tez-tez "Profhilo terapiyası" kimi tanınır və hialuron turşusu əsaslı inyeksiya müalicəsidir. Prosedur aşağıdakı xüsusiyyətlərə malikdir.Bu prosedurda hər tərəfdə 5 nöqtə olmaqla, üzün müəyyən strateji nöqtələrinə inyeksiyalar edilir. Bu nöqtələr, hialuron turşusunun dərinin dərin qatlarında bərabər yayılmasını təmin edir.

Məqsəd və təsiri ondan ibarətdir ki, dərini nəmləndirir və elastikliyini artırır. Həmçinin dəridə təbii kollagen və elastin istehsalını stimullaşdırır. Cavanlaşdırma effekti vermək və incə xətlərin görünüşünü azaltmaq üçün də istifadə olunur.

Bu prosedur əsasən 30 yaşdan yuxarı və erkən yaşlanma əlamətləri olan şəxslərə daha uyğun hesab edilir.

7 nöqtə proseduru: Bu prosedur, daha çox üz konturunu formalaşdırmaq üçün tətbiq olunan dolğu inyeksiyasıdır. "7 nöqtə texnikası" adlanan bu metod əsasən üzün simmetrik və təbii görünüşünü qoruyaraq kontur düzəlişləri etməyi hədəfləyir. Üzün müxtəlif sahələrinə, xüsusən də yanaqlar, çənə, burun və üz xəttini vurğulayan digər kritik nöqtələrə inyeksiya edilir.

Məqsəd və təsiri üz konturlarını daha təbii və aydın göstərmək, üz həcmindəki itkiləri bərpa etmək və asimmetrik görünüşü düzəltməklə daha balanslı bir ifadə yaratmaqdır.

Üz xəttlərində həcm itkisi və ya qeyri-simmetrik görünüş olanlar üçün sözügedən prosedur daha uyğundur.

Bu prosedurlar peşəkar həkimlər tərəfindən həyata keçirildikdə təhlükəsiz hesab olunur. Ancaq prosedur öncəsi mütləq konsultasiya tələb olunur. Effektlər ümumiyyətlə prosedurdan dərhal sonra görünür və bir neçə ay davam edir. Prosedurların özləri təxminən 20-30 dəqiqə çəkir.

Qeyd edək ki, allergik reaksiyalar və ya digər yan təsirlər baş verə biləcəyindən, bütün risklər haqqında öncədən məlumat almaq vacibdir.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
11
yenisabah.az

1Mənbələr