AZ

Husilər ABŞ-yə məxsus gəmini hədəf alıb

Yəmənin Husi qruplaşması ABŞ, Böyük Britaniya və İsraillə gərginlik fonunda Qırmızı dənizdə ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum həyata keçirdiklərini açıqlayıb.

Qrupun hərbi sözçüsü Yəhya Sari bildirib ki, çoxlu qanadlı raketlər və pilotsuz təyyarələrlə Qırmızı dənizin şimalında "USS Harry Truman" təyyarədaşıyan gəmisini və bir neçə dəniz gəmisini hədəf alıb.

Sari bu hücumun ardından sözügedən gəminin Qırmızı dənizin şimalını tərk etmək məcburiyyətində qaldığını iddia edib.

O, həmçinin bildirib ki, qrup son 48 saat ərzində təyyarədaşıyan gəmi və İsrail hədəflərinə qarşı bir sıra hərbi əməliyyatlar həyata keçirib.

"AzPolitika.info"

Seçilən
25
azpolitika.info

1Mənbələr