AZ

İrəvan ATƏT MQ-nin ləğvi məsələsini  nəzərdən keçirir - RƏSMİ

Ermənistan Respublikası Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-lə əlaqə saxlamaq imkanını nəzərdən keçirir. 


Ölkə.Az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bir sıra KİV-lərin suallarını cavablandırarkən öz Facebook səhifəsində yazıb.
“Bir sıra KİV-lərin suallarına cavab olaraq bildirirəm ki, Ermənistan Respublikası Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-lə əlaqə saxlamaq imkanını nəzərdən keçirir. Baş nazir Paşinyan 2024-cü il dekabrın 19-da Armenpress-ə müsahibəsində ATƏT-in Minsk Qrupunun ləğvi ideyası ilə bağlı Ermənistanın mövqeyinin necə olması ilə bağlı sualı cavablandırarkən qeyd edib:
“Biz mövqeyi başa düşürük ki, əgər münaqişə yoxdursa, münaqişənin həlli ilə bağlı formatın olmasının nə mənası var ”.
Baş nazir Paşinyan 2025-ci il yanvarın 8-də Facebook səhifəsində yazdığı yazıda ATƏT MQ-nin butraxılmasını qeyd edib.

Mürtəza
Ölkə.Az

Seçilən
16
olke.az

1Mənbələr