AZ

Masallıda gənc qadın dərmandan zəhərlənib öldü

Masallıda gənc qadın dərmandan zəhərlənib. Babaser kənd sakini 30 yaşlı Ağayeva Dünya Güləbala qızı yanvarın 4-də naməlum dərmandan zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasında yerləşdirilib.

Lakin görülən tədbirlərə baxmayaraq, o, yanvarın 10-da həmin xəstəxanada ölüb.

Araşdırma aparılır.

Seçilən
40
1
azpost.info

2Mənbələr