AZ

MSK sədri: "Məntəqələrdə veb-kameralar quraşdırılacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bələdiyyə seçkisi ilə əlaqədar məntəqələrdə veb-kameralar quraşdırılacaq".
Oxu.Az xəbər verir ki, bunu bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, həmin veb-kameralar min məntəqəni əhatə edəcək:
"Veb-kameralar quraşdırılarkən məntəqələr elə seçilir ki, onlar Azərbaycan ərazisini əhatə etsin. Veb-kameralar məntəqə açılandan etibarən məntəqə üzvlərinin gördükləri işlər də daxil olmaqla bütün prosesi izləyir".
MSK sədri vurğulayıb ki seçkinin keçirilməsində əsas tələblərdən biri prosesin şəffaflıqdır:
"Ona görə də media nümayəndələri də seçkini sərbəst şəkildə izləyə biləcəklər".
Aygün Mirakif
Seçilən
10
2
oxu.az

1Mənbələr