AZ

Bayden Ukraynaya ayrılan yardımı xərcləyə bilmədi: Qalan vəsait Trampın sərəncamına keçəcək


ABŞ Prezidenti Co Bayden Ukraynaya verilən hərbi yardım üçün ayrılan 4 milyard dolların demək olar ki, tamamını xərcləyə bilməyib. Qalan məbləğ Konqres tərəfindən Donald Trampın administrasiyasına veriləcək. 

Musavat.com xəbər verir ki, bundan əvvəl ABŞ-ın Müdafiə Naziri Lloyd Ostin ABŞ-ın Ukraynaya yeni 500 milyon dollarlıq hərbi yardım paketi təqdim etdiyini açıqlamışdı. Bu paketə "hava-yer" tipli sursatlar və Ukrayna Silahlı Qüvvələrinə verilmiş F-16 təyyarələri üçün avadanlıqlar daxil olacaq.

Bu, Bayden administrasiyasının Ukraynaya təqdim edəcəyi son hərbi yardım paketi olacaq.

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr