AZ

"Barselona"da etiraz - Vitse-prezident istefa verdi

"Barselona"nın vitse-prezidenti Yuli Qiu klubla əməkdaşlığa son qoymaq qərarına gəlib.

Fanat.Az xəbər verir ki, Kataloniya klubunun mətbuat xidməti məlumatı təsdiqləyib.

Klub ona təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

ESPN nəşri Qiunun "Barselona" bossları ilə münaqişə yaşadığını və fəaliyyətini davam etdirməməyə qərar verdiyini bildirib. O, kluba 100 milyon avrodan çox gəlir gətirən "Nike" ilə razılaşmaya qarşı çıxıb. Sabiq vitse-prezident sövdələşmənin bəzi şərtlərindən, o cümlədən, agent Darren Deynin aldığı komissiyanın məbləğindən narazı olub.

"Barselona" La Liqada 19 turdan sonra 38 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Hans-Diter Flikin komandası bazar günü İspaniya Superkubokunun finalında "Real Madrid"ə qarşı oynayacaq.

Mirağa

Seçilən
20
50
fanat.az

10Mənbələr