2024-cü ilin üçüncü rübünün nəticələrinə görə, Avropa İttifaqı(Aİ) ölkələrində daşınmaz əmlakın qiyməti 3,8% artıb ki, bu da 2022-ci ildən bu yana rekord göstərici olub. Bu barədə Rusiya mediası aparılan təhlillər əsasında yazıb.
Araşdırmanın nəticələrinə görə, Bolqarıstan mənzil qiymətlərinin artım tempinə görə lider olub. Hesabat dövrünün yekunlarına görə, göstərici ümumittifaq orta göstəricisindən dörd dəfə - 16,5 faiz yüksək olub. İkinci yerdə daşınmaz əmlak qiymətlərinin 14,4% artdığı Polşa dayanır. İlk üçlüyü 13,4%-lə Macarıstan tamamlayıb.
Avstriya və İsveçdə mənzil qiymətləri demək olar ki, dəyişməyib. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər müvafiq olaraq 0,7% və 0,3% bahalaşıb.
Tural