AZ

Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət edəcək

Ermənistan Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir.Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.

"Ermənistan ATƏT-ə Minsk qrupunun ləğvi məsələsi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir", - o qeyd edib.

Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu bildirib.

www.anews.az
Seçilən
9
15
anews.az

10Mənbələr