AZ

Messi Avropaya qayıda bilər – Marca


ABŞ-nin “İnter Mayami” klubu hücumçusu Lionel Messi ilə yeni müqavilə barədə razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İspaniyanın“ Marca” qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, argentinalı ilə yeni müqavilə 2026-cı ilin sonuna kimi qüvvədə olacaq. Belə ki, futbolçu 2026-cı il dünya çempionatında oynamaq üçün həmin ilə kimi müqaviləsini uzatmaq qərarına gəlib.
Eyni zamanda, yeni müqavilədə oyunçunun mövsümlərarası fasilədə Avropa klubuna icarəyə verilməsi ilə bağlı bənd də olacaq.
Qeyd edək ki, bu mövsüm Messi klubu üçün bütün yarışlarda 22 oyun keçirib, 21 qol vurub və 18 məhsuldar ötürmə edib.
Futbolçunun klubu ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin qışına qədərdir.
Seçilən
13
3
yeniavaz.com

5Mənbələr