AZ

Co Bayden və Volodimir Zelenski arasında telefon danışığı olub

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib.

Karin Jan-Pyer Co Baydenin söhbət zamanı ABŞ-ın Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirdiyini söyləyib. O, həmçinin ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyaları qiymətləndirərək, rəsmi Moskvaya təzyiq göstərməyə davam edəcəklərini vurğulayıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra, Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyini açıqlamışdı.



Seçilən
21
trt.net.tr

1Mənbələr