Bu barədə Olaylar.az-a Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda qeyd olunub. Bildirilib ki, oxşar hadisə ötən gün də baş verib:
"Belə ki, səhhətində problemlər olduğunu bildiyi halda, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən səhhətinin pisləşməsi səbəbindən idarəetməni itirərək qarşıda gedən yük avtomobili ilə toqquşub. Qəzada xəsarətlər alan sürücü və sərnişini - Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb".
Qurum sürücülərə bir daha müraciət edib:"Səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırırıq".