AZ

ABŞ-da ordu anbarları qarət edilib

ABŞ-da naməlum şəxslər Kaliforniyada yerləşən silahlı qüvvələrin anbarından hərbi texnika oğurlayıblar.

Oxu24.com xəbər verir ki,bu barədə yerli polis məlumat yayıb.

"Naməlum şəxslər Kaliforniyada ABŞ ordusunun anbarına soxularaq hərbi texnikanı oğurlayıblar", - CBS polisin hesabatına istinadən xəbər verir. Onlar əlavə ediblər ki, yanvarın 8-də axşam saatlarında 3 hərbi “Humve” markalı avtomobil, 18 süngü və pulemyot avadanlığı oğurlanıb.

Cinayətkarlar həmçinin uniformaların olduğu anbara soxulmağa cəhd ediblər, lakin oğurluq cəhdi uğursuz alınıb.

 

Nigar

Seçilən
8
oxu24.com

1Mənbələr