AZ

Nəyə görə radiatorlar evi isitmir?

Hər bir evdə radiatorlar toxunduğunuz zaman əl yandırsa da, ev isinmir. 

News365.az xəbər verir ki, bəzi insanlar elə düşünür ki, radiatorun qarşısındakı pərdə istiliyin ötürülməsinə imkan vermir və pərdələri kənara çəkir.   

Bəs doğrudan da bu üsul evi qızdırmağa kömək edirmi? 

Radiatorlar aşağı hissədən soyuq havanı çəkib üst hissədən isti havanı otağınıza paylayır. Ancaq radiatorların qarşısını və ya üstünü bağlayan pərdələr isti havanı pərdə ilə pəncərə arasında saxlayaraq otağın isinməsinə mane olur.  Termal kameralarla aparılan testlər bu istiliyin yuxarıya doğru toplandığını göstərir. Yəni eviniz isinmirsə, problem pərdələrinizdə ola bilər.  Bu problemi həll etmək üçün pərdələrinizi radiatorlardan bir az yuxarıda saxlaya və ya hava sirkulyasiyasına mane olmayan pərdələrdən istifadə edə bilərsiniz." 

News365.az 

Seçilən
14
news365.az

1Mənbələr