Bakı. Trend:
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanarəsmi səfər edəcək.
Trend ölkəninXİN-ə istinadən xəbər verir ki, bu barədə Boçorişvilinin AzərbaycanRespublikasının Gürcüstandakı səfiri Faiq Quliyevlə keçirdiyi görüşzamanı məlum olub.
“Görüşdə tərəflər ölkələrin qarşılıqlı gündəmində olan aktualməsələləri müzakirə ediblər. Bu kontekstdə, Gürcüstanın xariciişlər nazirinin Azərbaycana gözlənilən rəsmi səfəri məsələsinə, ocümlədən iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə dövlətlərarasıKomissiyanın 10-cu iclasının Bakıda keçirilməsinə xüsusi diqqətayrılıb”, - Gürcüstan XİN məlumatında deyilir.
Nazir Gürcüstan və Azərbaycan arasında bir çox istiqamətləriehtiva edən münasibətlərin strateji əhəmiyyətini vurğulayıb
Qeyd olunur ki, görüşdə ticari-iqtisadi, nəqliyyat və energetikasahələrində uğurlu əməkdaşlığın nəticələri yüksəkqiymətləndirilib.
Ayrıca olaraq regionun sabitlik və sülh prinsipləri əsasındainkişafının təmin olunması ilə bağlı məsələlər müzakirə olunub. Həriki tərəf strateji əməkdaşlığın daha da möhkəmlənməsinə və ona dahayüksək dinamikanın verilməsinə hazırlıq ifadə edib.