AZ

Məşhur aktyorun evi külə döndü

Los-Ancelesdəki yanğınlarda məşhur aktyor Mel Gibsonun da evi yanıb.
ONN media xəbər verir ki, bu barədə aktyor şoulardan birindəki çıxışında deyib.
O bildirib ki, Texas ştatının Ostin şəhərində çəkilişlərdə olarkən Malibudakı evinin yandığı xəbərini alıb.
Aktyor həmin evdə uzun müddətdir yaşadığını və bütün şəxsi əşyalarının kül olduğunu vurğulayıb.
“Yaxşı xəbər odur ki, bütün ailə üzvlərim və sevdiklərim yaxşıdır və hamımız xoşbəxt, sağlam və təhlükədən kənardayıq, həqiqətən narahat ola biləcəyim tək şey budur”, - deyə o, ailəsinin vaxtında təxliyə edildiyini əlavə edib.
ONN İnformasiya Agentliyi
Seçilən
79
1
onn.az

2Mənbələr