AZ

Bu ölkədə qrip A virusundan bir həftə ərzində 4 nəfər ölüb

Yunan mətbuatında yer alan xəbərdə Cənubi Kiprdə son bir həftədə 4 nəfərin qrip A virusundan öldüyü bildirilib.

Xəbərdə sözügedən 4 nəfərin yaşının 70-n üzərində olduğu bildirilib.

“Sigmalive” qəzetinin internet saytında Cənubi Kiprdəki reanimasiya şöbələrinin intubasiya edilmiş xəstələrlə dolu olduğu qeyd edilib.

Bir milyona yaxın əhalisi olan Cənubi Kiprdə 9 dövlət xəstəxanası, 38 sağlamlıq mərkəzi, 20-dən çox özəl klinika fəaliyyət göstərir.


Əfsanə Kamal
Demokrat.az



Seçilən
26
demokrat.az

1Mənbələr