AZ

İngiltərə Premyer Liqasının futbolçusu məşq zamanı həbs edildi

İngiltərə Premyer Liqasının adı açıqlanmayan bir futbolçusu komandanın məşq zamanı elə, meydandaca həbs edilərək, polis bölməsinə aparılıb.

Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, adı açıqlanmayan bu futbolçu tərəf müqabilinin razılığı olmadan intim video çəkdiyi şübhəsi ilə həbsə alınıb.

Mülki geyimli polislər komandanın məşqinə gələrək, futbolçunu dindirmək üçün “içəri” aparıblar və bu, təxminən 6 saat davam edib. Futbolçunun komanda yoldaşları əvvəlcə bunun sadəcə bir oyun olduğunu düşünüblər.

Vurğulanır ki, bu futbolçu, qadının onu cinsi əlaqəni gizli surətdə videoya çəkməkdə təqsirləndirdiyi ifadəsindən sonra həbsə alınıb. Seks zamanı qadın ondan bu çəkilişi etməməsini xahiş etsə də, futbolçu “qəhrəmanlığına” davam edib. Amma dindirildikdən sonra təqsirinə dair kifayət qədər sübut olmadığı üçün futbolçu sərbəst buraxılıb.

Seçilən
14
arena.az

1Mənbələr