İranda fərqli inanca sahib olduğu üçün daha bir gənc qadına cəza verilib.
“Cebheinfo.az” xəbər verir ki, bu haqda İranın Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, İranda Məsihi (xristian) dininə mənsub bir xanıma ictimai yerdə hicaba riayət etmədiyi və molla rejiminin əleyhinə təbliğatlar apardığı üçün 74 şallaq zərbəsi və həbs cəzası verilib.
İran rejimin bu qərarı sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb.