“Facebook” və “Instagram”ın sahibi Mark Zukerberqin koronavirus pandemiyası ilə bağlı verdiyi açıqlamalar gündəm olub.
Publika.az xəbər verir ki, koronavirus peyvəndlərinin yan təsirləri ilə bağlı müzakirələr zaman-zaman gündəmdədir. Sonuncu açıqlamanı Zukerberq verib.
Zukerberq iştirak etdiyi bir radio proqramında bu barədə danışıb.
O qeyd edib ki, COVID-19 pandemiyası ilə bağlı faktları gizlətməyə məcbur etdilər:
“Peyvəndin yan təsirləri ola biləcəyini söyləyən hər kəsin yazılarını silməyimizi istədilər. Bu zaman biz də yazıları silməyə məcbur olduq”.