AZ

Dönər Partiyası da seçkilərə QATILIR

Fevralın 23-də Almaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Modern.az-ın məlumatına görə, seçkilərdə iştirak etmək üçün 56 partiya və siyasi təşkilat müvafiq dövlət qurumlarına müraciət edib.

Müraciətlərin qəbulu artıq başa çatıb. Federal Seçki Şurasının sədri Ruth Brand 13-14 yanvar tarixlərində keçiriləcək iclasda hansı partiyaların seçkilərə qatılacağına qərar veriləcəyini bildirib.

Seçkilərdə iştirak etmək üçün müraciət edən partiyalar arasında türklər tərəfindən qurulan “Müxtəliflik və Oyanış üçün Demokratik Alyans” (Demokratischen Allianz für Vielfalt und Aufbruch-DAVA) partiyası da var.

Müraciət edən siyasi təşkilatlar arasında Dönər Partiyasının da adı diqqət çəkib. Bundan başqa "V Partiyası" (Dəyişiklik Partiyası, Vegetarianlar və Veqanlar Partiyası), "Gartenpartei" (Bağ Partiyası) kimi maraqlı adlar da müraciət edənlər arasında görünüb.

Seçilən
37
modern.az

1Mənbələr