Dağıstanda kişinin keçmiş arvadını qapalı mənzildə döyməsi hadisəsi rezonans doğurub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanallarında məlumat yayılıb.
“Təəccüb doğuran isə başqadır. Dağıstanda məişət zorakılığı qalmaqalından sonra yerli qızlar sosial şəbəkələrdə fləşmob başlayıblar.
Onlar toy hədiyyəsi əvəzinə, sadəcə döyülməmələrini xahiş edirlər.
Burada diqqət çəkən məqam bu fləşmob haqqında məlumatın Ramzan Kadırovun ətrafı ilə əlaqəli kanallar tərəfindən çox fəal şəkildə yayılması olub.
İnsanda belə bir hiss yaranır ki, Kadırov Dağıstanı öz nəzarəti altına almaq fikrindən tamamilə əl çəkməyib. Maraqlıdır, Kadırova Qafqazda dini zəmində münaqişəni qızışdırmağı kim məsləhət görüb?
Həm Ramzan Axmatoviçə, həm də Qafqaz respublikalarının bütün sakinlərinə xatırlatmaq istərdik ki, Rusiyada Rusiya Federasiyasının qanunları tətbiq olunur.
Burada heç bir şəriət qanunları olmayacaq! Burada şəriət qanunları olmayacaq! Biz, əlbəttə ki, multikultural ölkəyik, amma şitini çıxartmaq olmaz”-məlumayda belə qeyd edilir.