Bakı. Trend:
Cənubi Koreyada qəzaya uğramış “Jeju Air” hava yolları şirkətinəməxsus sərnişin təyyarəsinin “qara qutularının” qeydə aldığıməlumatların təfərrüatı məlum olub.
Trend xəbər verirki, bu barədə ölkənin Dövlət Əraziləri, İnfrastrukturu vəNəqliyyatı Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, göyərtədəki uçuş registratorları təyyarə qəzayauğramazdan 4 dəqiqə qabaq qəfil işini dayandırıb. “Qara qutuların”nə səbəblə qeydiyyatı dayandırdığı hələ ki, məlum deyil .
Bundan əvvəl qəzaya uğramış təyyarənin dağıntıları arasındançıxarılmış mühərrik qalıqlarından quş sürüsü ilə toquşmanınizlərinin aşkar edildiyi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, Banqkok-Muan reysi ilə hərəkət edən Boeing737-800 sərnişin təyyarəsi dekabrın 29-da qəzaya uğrayıb. İlkinməlumata əsasən, təyyarənin mühərriklərindən biri quş sürüsü ilətoqquşub, sonradan isə toqquşma nəticəsində şassi sıradan çıxıb.Nəticədə eniş zamanı təyyarə uçuş zolağından çıxaraq divaraçırpılıb və partlayıb. Göyərtədə olan 181 nəfərdən yalnız ikistüardessa sağ qalıb.