Rusiyanın Kazan hava limanında bu gün ikinci dəfə uçuşlara məhdudiyyətlər tətbiq edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə \"Rosaviasiya” məlumat yayıb.
\"Kazan hava limanında Moskva vaxtı ilə saat 15:05-dən (Bakı vaxtı ilə 16:05) hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib\", - məlumatda qeyd olunub.
Tətbiq edilən məhdudiyyətlər bu gün ərzində ikincidir. Daha əvvəl Kazan hava limanının fəaliyyəti məhdudlaşdırılıb və bərpa edilib.
Qeyd edək ki, 8 yanvar 2025-ci il tarixində \"Azərbaycan Hava Yolları\" (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırıb.