Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) komandası Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirində növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan kollektiv III turda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, turnir AFFA, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilir.