Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” və “Səbail” komandaları bu gün yoxlama matçı keçiriblər.
Arena.az xəbər verir ki, sözügedən komandalar “Qarabağ”ın ev oyunlarını keçirdiyi “Azərsun Arena”da üz-üzə gəliblər.
Üç qolun qeydə alındığı görüş Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1. “Dənizçilər”in heyətində Madi Keta fərqlənib. Naxçıvan təmsilçisinin qollarını isə Bernardo Dias və Miço Kuzmanoviç rəqib qapısından keçiriblər.
Qeyd edək ki, bu, “Səbail”in qış fasiləsi dönəmində ilk yoxlama matçı olub. Naxçıvan klubu isə yanvarın 9-da “Sumqayıt”la da qarşılaşmışdı – 2:2.
Xatırladaq ki, hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində “Araz-Naxçıvan” 39 xalla 2-ci, “Səbail” isə 9 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.
Yoxlama oyunu
11 yanvar
“Araz-Naxçıvan” – “Səbail” 2:1
Qollar: Bernardo Dias, Miço Kuzmanoviç – Madi Keta.
Bakı. “Azersun Arena”.