AZ

Almaniya Sosial Demokrat Partiyası Şoltsla bağlı QƏRAR VERDİ

 

Olaf Şolts 23 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində Almaniya Sosial Demokrat Partiyasından kansler vəzifəsinə namizəd kimi təsdiqlənib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu qərar Berlində bu siyasi qüvvənin qurultayında sadə əl qaldırma üsulu ilə qəbul edilib.

Məlumata görə, yalnız bir neçə nümayəndə hazırkı hökumət başçısını dəstəkləməkdən imtina edib.

Qeyd olunub ki, 2021-ci ildə namizəd gizli səsvermə yolu ilə seçilib. Lakin bu dəfə partiya rəhbərliyi həmin prosedurdan imtina edib və sadələşdirilmiş təsdiqləmə proseduru üsulundan istifadə etməyi qərara alıb. Bu dəyişiklik Şoltsun bu dəfə sadəcə namizəd yox, artıq vəzifədə olan kansler kimi çıxış etməsi ilə bağlıdır.

Musavat.com


 

Seçilən
19
1
musavat.com

2Mənbələr