AZ

Azərbaycan Serbiyaya qaz nəqlini DAYANDIRDI

Azərbaycan "Şahdəniz" yatağında yaranan problemlərə görə Serbiyaya sutkada 1,7 milyon kubmetr qaz tədarükünü dayandırmaq məcburiyyətində qalıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Balkan Respublikasının Prezidenti Aleksandar Vuçiç məlumat verib.

Vuçiç vurğulayıb ki, Bakı Belqrada xəbərdarlıq edib ki, qaz təchizatının bərpasına nə qədər vaxt lazım olacağına dair əminlik və aydınlıq yoxdur.

Serbiya prezidentinin sözlərinə görə, bu o deməkdir ki, ölkə öz ehtiyatlarına daha çox pul xərcləməyə başlayır.

Vuçiç əlavə edib ki, ölkənin qış mövsümü üçün kifayət qədər enerji ehtiyatı var və həmçinin Azərbaycandan qaz nəqlinin tezliklə bərpa olunacağına ümid edir.

Seçilən
8
publika.az

1Mənbələr