AZ

ABŞ Gürcüstandan əl çəkmir- absurd qanun layihəsi

Son həmlə hazırlığı, Azərbaycana “yan” təsirlər

ABŞ qanunvericiləri “Gürcü Arzusu” hökumətinin tanınmasını qadağan edən qanun layihəsini təqdim etməyə hazırlaşırlar. Bu addım rusiyayönlü milyarder və hakim partiyanın qurucusu Bidzina İvanişvilinin ABŞ tərəfindən sanksiyalara məruz qalmasından cəmi iki həftə sonra atılır. Qərb siyasətçiləri bu sanksiyaların Gürcüstanda demokratiyanın zəiflədilməsi və ölkənin Rusiyaya meyillənməsi ilə bağlı olduğunu vurğulayırlar.

Yanvarın 8-də ABŞ-ın “Fox News” telekanalı məlumat yayıb ki, Konqresin hər iki palatası tərəfindən dəstəklənən bu qanun layihəsi gün ərzində Nümayəndələr Palatasına təqdim ediləcək. Hər iki palatada respublikaçılar (Trampın partiyası) üstünlük təşkil edir. Məlumata görə, layihə Bidzina İvanişvili və ya onun yaxın çevrəsindəki şəxslərin rəhbərlik etdiyi istənilən Gürcüstan hökuməti ilə ABŞ-ın rəsmi münasibətlərini qadağan etməyə yönəlib.

Qanun layihəsində açıq şəkildə bildirilir: “ABŞ hökumətinin heç bir nümayəndəsi Bidzina İvanişvili və onun idarə etdiyi Gürcüstan hökumətini tanımaq və ya bu yöndə tədbirlər görmək üçün hər hansı federal vəsaiti istifadə edə bilməz. Bu hökumətlə münasibətlərin normallaşdırılması mümkün deyil”.

Qanun layihəsinin əsas sponsorlarından biri, Helsinki Komissiyasının sədri olan respublikaçı konqresmen Co Uilson layihəni təqdim edərkən bildirib ki, Gürcüstanda yeni seçkilərin keçirilməsi zəruridir. O, həmçinin ABŞ və Avropanın aparıcı siyasətçilərinin imzaladığı məktubu dərc edib. Məktubda qeyd olunur ki, Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” partiyası müxalifətin və beynəlxalq müşahidəçilərin son seçkilərlə bağlı qanuni narahatlıqlarını nəzərə almamış, təkpartiyalı qanunvericilik orqanı formalaşdırmış və yeni prezident seçib.

“Gürcü hökuməti xalqın tələblərinə və dinc etirazlara zorakılıqla cavab verir. Biz Gürcüstan xalqının azad və ədalətli seçkilər keçirmək tələbinə dəstək verməliyik. Onların mübarizəsinə laqeyd qala bilmərik”, - deyə Co Uilson vurğulayıb.

Bəs qanun layihəsinin qəbulu ehtimalı necədir? Trampa Gürcüstanla konfrontasiya lazımdırmı? Rəsmi Tiflis necə, ABŞ-ın daha bir təzyiqinə tab gətirəcəkmi? Nəhayət, gürcü hökuməti tanımamaq haqqında qanundan Azərbaycan necə təsirlənə bilər - iqtisadi və siyasi anlamda?

Sona Əliyeva

Seçilən
7
aznews.az

1Mənbələr