Avropa iqtisadiyyatı həddindən artıq bürokratiya və yüksək enerji qiymətləri səbəbindən rəqabət qabiliyyətini və investorlar üçün cəlbediciliyini itirir.
Viral.az xəbər verir ki, bu barədə DPA agentliyi Avropa Komissiyasının hesabatına istinadən məlumat yayıb.
Hesabatın məlumatları göstərib ki, 2008-2021-ci illər arasında qiyməti 1 milyard dolları keçən Avropa startaplarının demək olar ki, üçdə biri ofislərini Aİ hüdudlarından kənara (əsasən ABŞ-a) köçürüb.
Son Yazılar:
- Avropa İttifaqı biznes üçün cəlbediciliyini İTİRİR
- “Ordu” “Quba” üzərində qələbə QAZANDI
- Ukrayna Şimali Koreya hərbçilərini əsir GÖTÜRDÜ
Üstəlik, dünyanın 50 ən böyük texnologiya şirkətindən yalnız 4-ü Avropadadır və Avropada isə əmək məhsuldarlığı ABŞ-dan aşağı olaraq qalır.
Sənəddə həmçinin qeyd olunub ki, enerjinin yüksək qiyməti (ABŞ-dan iki-üç dəfə yüksəkdir), ixtisaslı mütəxəssislərin çatışmazlığı və mürəkkəb bürokratik sistem Avropa iqtisadiyyatının inkişafına mane olan əsas amillərdir.
Bir cavab yazın