AZ

Gəncədə Kəlbəcər rayon sakini bıçaqlanıb

Gəncə şəhərində Kəlbəcər rayon sakini bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə məcburi köçkünlər üçün salınmış qəsəbədə qeydə alınıb.

Şəxsi münasibətlər zəmnində bıçaq xəsarəti alan Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlüdür M.Əhmədzadə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə Ağdam rayon sakini, 1986-cı il təvəllüdlü P.Qasımovdur.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
6
report.az

7Mənbələr