Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satış məqsədi ilə narkotik vasitələr əldə edən Rəşadət Əzizov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, adıçəkilən şəxsdən ümumilikdə 4 kiloqram metamfetamin, heroin, tiryək və marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
![](https://cdn.musavat.com/news/images/Gugu/gugu1/%D0%9D%D0%BE%D0%B2%D0%B0%D1%8F%D0%9F%D0%B0%D0%BF%D0%BA%D0%B0/1256993_1.jpg)