AZ

Dərinin sağlam və parlaq görünməsini təmin edən - Rutinlər

Dərinin

Üz baxımının düzgün və müntəzəm şəkildə tətbiq edilməsi, dərinizin sağlam və parlaq qalmasına kömək edir. Aşağıda əsas üz baxımı rutininin addımları təqdim edilir:1. Təmizləmə (Üzü Yuma)İlk və ən vacib addım, üzünüzü təmizləməkdir. Bu, dərini gündəlik çirk, yağ və kirdən təmizləmək üçün lazımlıdır.Gündə 2 dəfə (səhər və axşam) yumalıyıqDəri tipinizə uyğun təmizləyici vasitələrdən istifadə edin: quru dəri üçün nəmləndirici, yağlı dəri üçün isə balanslaşdırıcı təmizləyicilər istifadə oluna bilər.2. Tonik İstifadəsiTəmizləmədən sonra tonik istifadə etmək, dərinin pH balansını bərpa etməyə və dərini təmizləməyə kömək edir. Tonik həm də dərinin digər baxım məhsullarını daha yaxşı qəbul etməsini təmin edir.Tonik istifadə etdikdən sonra dərinizin təravətli və təmiz hiss etməsini təmin edəcəkdir.3. SerumarSerumlar dərinin ehtiyaclarına görə xüsusi təyinatlı məhsullardır və dərinin daha dərin qatlarına nüfuz edirlər.Serumlar yaşlanma əlamətləri, sızanaqlar, hiperpigmentasiya və s. problemləri hədəfləyən xüsusiyyətlərə sahibdir.4. Krem və NəmləndiriciÜzünə nəmləndirici krem tətbiq etmək, dərinin qurumasının qarşısını alır və onu yumşaq və elastik saxlayır.Həm gündüz, həm də gecə istifadə edilə bilər.Gündüz kremi daha çox qoruyucu və nəmləndirici xüsusiyyətlərə sahibdir, gün ərzində dəriyi qoruyur.Gecə kremi isə, bərpaedici və dərin təmir edici xüsusiyyətlərə sahibdir, gecə boyu dərini qidalandırır.5. Göz Ətrafı KremiGöz ətrafı dərisi incə və həssasdır, buna görə də bu bölgə üçün xüsusi krem istifadə etmək vacibdir. Göz kremi, şişlikləri, qara dairələri və qırışları azaltmağa kömək edə bilər.6. Ayda 1-2 dəfə MaskalarÜz maskaları dərinin ehtiyaclarına görə seçilməlidir. Quru dəri üçün nəmləndirici maskalar, yağlı dəri üçün isə təmizləyici və balanslaşdırıcı maskalar istifadə edilə bilər. Maskalar dərini dərin şəkildə təmizləyir və qidalandırır.Maskalar dərinin ehtiyaclarına uyğun seçilməlidir.Maskanı tətbiq etdikdən sonra təxminən 10-20 dəqiqə saxlayıb yuyun.7. Günəş Qoruyucu (SPF)Günəşdən qorunma, dərinizin sağlam qalması və erkən yaşlanma əlamətlərinin qarşısını almaq üçün çox vacibdir. Hər gün günəş qoruyucu istifadə etmək dərini UV şüalarından qoruyur.Gündəlik istifadə edilməli və ən az SPF 30 qoruma təmin etməlidir.Üz Baxımı Rutini: Gündəlik və Həftəlik BaxımGündəlik Rutini:Üzünüzü təmizləyinTonik istifadə edinSerum və ya esans tətbiq edinNəmləndirici krem və göz kremi əlavə edinGünəş qoruyucu istifadə edinHəftəlik Rutini:Dərin təmizləyici maskalar istifadə edinScrub (eksfoliant) istifadə edərək ölü dəri hüceyrələrini təmizləyin (həftədə 1-2 dəfə)Üz baxımı rutinini düzgün tətbiq edərək, dərinizin sağlamlığını qoruyub, təbii gözəlliyini ortaya çıxara bilərsiniz. Həmçinin, məhsulları istifadə etməzdən əvvəl dərinizin tipini və ehtiyaclarını müəyyənləşdirmək çox vacibdir.Səidə Mustafa

Diqqət Çəkənlər

Polis Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb

Nikolas Maduro üçüncü dəfə Venesuelanın dövlət başçısı vəzifəsinə təstiq edilib

Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin edilib

Seçilən
11
ulusum.az

1Mənbələr