''Mançester Yunayted'' karyerası istənilən şəkildə keçməyən və şans qazandığı oyunlarda ümidləri doğrultmayan Altay Bayındırın özünü göstərmək üçün əlinə növbəti dəfə şans düşüb.
''Football-plus.az'' xəbər verir ki, İngiltərə kubokunun 3-cü mərhələsinin mərkəzi oyununda ''qırmızı şeytanlar'' ''Arsenal''ın qonağı olacaq. Oyun yanvarın 12-də Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.
Türkiyə yığmasının üzvü bu matça start heyətində başlayacaq. Bunu ''Yunayted''in portuqaliyalı baş məşqçisi Ruben Amorim oyunöncəsi mətbuat konfransında açıqlayıb. 2023-cü ildə ''Fənərbaxça''dan transfer olunan 26 yaşlı Altay İngiltərədə 2-ci mövsümünü keçirsə də, hələ də premyer-liqada debüt etməyib.
O indiyə qədər 1-i kubok, 3-ü liqa kuboku olmaqla 4 rəsmi oyunda iştirak edib və 8 qol buraxıb. Ötən ay Altay liqa kubokunda səfərdə ''Tottenhem''ə qarşı oyunda (3:4) da start heyətində meydana çıxmış və 4 qol buraxmışdı. Onun xüsusilə künc zərbəsindən qol buraxması fanatlar tərəfindən çox müzakirə olunmuşdu.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta